Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-04,
Seanews
Heyder Eliyev

Kalunborq limanında Rusiyaya göndərilməyəcək dolu səkkiz min konteyner var

“Seanews.az” xəbər verir ki, “Maersk” Danimarkanın Kalunborq limanındakı konteyner meydançasının sahəsini üç dəfə artırıb, bu da hazırda yalnız Rusiya bazarı üçün nəzərdə tutulmuş və yeni alıcıları gözləyən yük konteynerlərinin saxlanması üçün istifadə olunur.

TASS-ın məlumatına görə, Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiyaya qarşı beynəlxalq sanksiyaların sərtləşdirilməsi Avropa limanlarında tıxacları artıran külli miqdarda yüklərin daşınmasını dayandırıb. Sanksiyaya məruz qalan mallar olan konteynerlər isə alternativ alıcılar tapılana qədər haradasa saxlanmalıdır.

Bu məqsədlər üçün “Maersk” şirkəti Kopenhagendən 100 kilometr qərbdə yerləşən Kalunborqda terminal ayırıb. Terminalda 200 min kvadratmetr sahədə Rusiyaya göndərilməsi mümkün olmayan səkkiz min konteyner var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır