ASCO-da şahmat yarışı keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ASCO və strukturuna daxil olan qurumların əməkdaşları arasında şahmat turniri keçirilib.
ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirlən turnirin 16 iştirakçısı olub. Gün ərzində davam edən şahmat yarışının sonunda ən güclülər müəyyən edilib.
3-cü yerin uğrunda gedən oyunun qalibi Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Elnur Həsənov olub.
Final mərhələsinə Xəzər Dəniz Neft Donanmasından (XDND) Arzu Mehdiyev və Dəniz Nəqliyyat Donanmasından (DND) Dəryanur Heybətov yüksələ bilib. Gərgin oyun XDND nümayəndəsinin qələbəsi ilə başa çatıb. İlk üç yerin qalibləri müvafiq diplomla təltif edilib.
Qeyd edək ki, 2-ci yerin qalibi olan Dəryanur 2020-ci il Vətən müharibəsi döyüşlərində xüsusi ilə fərqlənən ASCO əməkdaşlarındandır. O, ölkə başçısının sərəncamı ilə “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.