Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-04,
Seanews
Heyder Eliyev

Alman ekoloqları ölkənin şimalında LNG terminalının tikintisini dayandırmağı tələb edirlər

“Seanews.az” xəbər verir ki, Almaniyanın “Deutsche Umwelthilfe” ətraf mühit təşkilatı Vilhelmshaven limanında Almaniyanın Rusiya qazından asılılığını azaltmağı nəzərdə tutan mayeləşdirilmiş təbii qazın qəbulu üçün üzən terminalın tikintisinin dərhal dayandırılmasını tələb edir.

Təşkilat hesab edir ki, terminalın tikintisi sahil sularında təbii biotopa, eləcə də orada yaşayan dəniz donuzlarına təhlükə yaradır. Bundan əlavə, guya layihə ətraf mühit təşkilatlarının iştirakı olmadan bəyənilib. İddialara görə, ictimaiyyətə sənədləri də təqdim olunmayıb.

Bununla bağlı “Deutsche Umwelthilfe” su təsərrüfatı, təbiəti mühafizə və sahil məsələləri üzrə Torpaq idarəsinə tikintiyə icazə verilməsinə görə etiraz edib. Terminalda tikinti işlərinə bu günlərdə başlanmalıdır.

Bundan əvvəl “DPA” agentliyi məlumat vermişdi ki, Almaniya hökuməti ölkənin Rusiyadan enerji asılılığını azaltmaq üçün mayeləşdirilmiş təbii qazın qəbulu terminalların tikintisini sürətləndirəcək qanun qəbul etməyi planlaşdırır. Hazırda Almaniyada mayeləşdirilmiş təbii qazı qəbul etmək üçün terminallar yoxdur və belə terminallardan biri Vilhelmshavendə, digəri Brunsbütteldə tikilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır