Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-04,
Seanews
Heyder Eliyev

500 milyon avroya üç “Ro-Ro” və iki “Ro-pax Superstar” gəmisi inşa ediləcək

“Seanews.az” xəbər verir ki, “Finnlines” şirkəti, Çinin “China Merchants Jinling Shipyard” tərsanəsində inşa edilmiş “Finneco I”adlı hibrid “Ro-Ro” gəmisini təhvil alıb.

Bu, sifariş edilən üç “Ro-Ro” gəmisindən birincisidir. Artıq iyun ayında gəmi Biskay körfəzi - Şimal dənizi - Baltik dənizi marşrutu üzrə istismar ediləcək.

“Finneco I” gəmisi “Finnlines” proqramı çərçivəsində inşa edilib. Bu proqrama ümumi dəyəri 500 milyon avro olan cəmi beş - üç “Ro-Ro” və iki “Ro-pax Superstar” gəmisinin tikintisi daxildir.

Uzunluğu 238 metr, eni 34 metr olan “Finneco I” gəmisinin dedveyti 17,4 min tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır