Süleyman Kərimova məxsus olduğu iddia edilən 300 milyon dollarlıq yaxta müsadirə edilib
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Ficinin hüquq-mühafizə orqanları sanksiyaya məruz qalmış Rusiya senatoru Süleyman Kərimova məxsus olduğu iddia edilən 100 metrlik “Amadea” yaxtasını saxlayıblar.
Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Yaxtanın dəyəri 300 milyon dollardan çox qiymətləndirilir. Həbs orderi ABŞ-ın Kolumbiya dairəsindəki məhkəməsi tərəfindən verilib.
Məhkəmə sənədlərinə görə, Kərimov senator təyin edildikdən sonra “Amadea”nın sahibi olub. Qeyd edək ki, Süleyman Kərimovla əlaqəli yaxta aprelin 14-də gömrük icazəsi olmadan Ficinin eksklüziv iqtisadi zonasına daxil olarkən saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır