Gəmiqayırma zavodunun yeni sahibi onu idman qayıqlarının tikintisi meydançasına çevirəcək
“Seanews.az” xəbər verir ki, Almaniyanın müflis elan edilmiş ən qədim gəmiqayırma zavodu “Pella Sietas” Harburq vilayətindən bir alman tikinti podratçısı tərəfindən satın alınacaq.
“Steffen Lücking Garten”-und Landschaftsbau” şirkəti hərraca çıxarılan “Pella Sietas” gəmiqayırma zavodunun bütün əmlakını almaq üçün müraciət edib. Təklifin təfərrüatları açıqlanmayıb.
“Steffen Lucking Garten-und Landschaftsbau” indiyədək tərsanənin podratçısı kimi fəaliyyət göstərib. “Pella Sietas” yenidən idman qayıqlarının və kiçik gəmilərin tikintisinə fokuslana bilər və yeni sahibinin planında Neyenfelddə kiçik külək turbinləri qurmaq da var.
“Pella Sietas” 2021-ci ildə müflis olduğu barədə məlumat verib. Həmin vaxt gəmiqayırma zavodunda 300 nəfər işləyib və artıq onların əksəriyyəti işdən çıxıb.