Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

“Hyundai Glovis”-in keçmiş baş direktoru “HMM”-in baş direktoru vəzifəsinə namizəd göstərilib

“Hyundai Glovis”-in keçmiş baş direktoru Kyung-bae Kim “HMM” şirkətinin baş direktoru vəzifəsinə namizəd göstərilib.

“Seanews.az” xəbər verir ki,  xüsusi komitə, nəhayət, bir neçə namizəd arasından peşəkarlığına, liderlik keyfiyyətinə, potensial və qlobal təcrübəsinə görə Kyeong-bae Kimi “HMM”-in baş direktoru vəzifəsinə seçib.

"Cənab Kim baş direktor kimi doqquz il “Hyundai Glovis”-in davamlı inkişafını təmin edib. Zəngin təcrübəsi olan yüksəkixtisaslı mütəxəssis kimi onun “HMM”-in davamlı inkişafı və qlobal bazarda mövcudluğu üçün təməlin qoyulmasında mühüm rol oynayacağına ümid edirik, - deyə HMM-in  bəyanatında bildirilir.

Kyung-bae Kimin namizədliyi səhmdarların martın 29-da keçiriləcək yığıncağında təsdiqlənəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır