Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Arktikada 10 ildə 14 gəmi itirilib

“Seanews.az”-ın məlumatına görə, son on ildə Arktikada 520-yə yaxın hadisə baş verib, 14 gəmi itirilib.

Bununla əlaqədar Rusiya Dəniz Donanması Mərkəzi Elmi-Tədqiqat və Layihə-Konstruktor İnstitutunun buzqıran avadanlıqları və gəmilərin buzqırma keyfiyyətləri laboratoriyasının elmi əməkdaşı Vladimir Yakimov narahatçılığını bildirib.

Təkcə keçən il Arktikada 58 qəza hadisəsinin qeydə alındığını və balıqçı donanmasının iki gəmisini itirdiyini diqqətə çatdıran ekspert gəmilərin buzda təhlükəsizliyinin təmin edilməsi məsələsinin aktual olduğunu vurğulayıb. Ekspert əlavə edib ki, hazırda dünyada gəmilərin təhlükəsizliyini təmin etmək üçün bir neçə yanaşma mövcuddur.

Məsələn, Rusiyada gəmilərin buzda təhlükəsiz hərəkətinin buzun möhkəmliyinə görə qiymətləndirilməsi sistemindən istifadə olunur, qərbdə isə risk indeksinə əsaslanırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır