Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Dənizçilər Vətən Müharibəsində yaralanan həmkarlarını evində ziyarət ediblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) əməkdaşları Vətən Müharibəsində iştirak edərək yaralanan dənizçi həmkarları Cəfər Səfərlini evində ziyarət ediblər. Qəhrəman dənizçiyə ASCO sədri Rauf Vəliyevin və bütün kollektivin salamlarını çatdırıblar. 

“Şahdağ” gəmisinin motorçusu olan Cəfər Səfərli Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından sonra başlayan əks-hücum əməliyyatlarında fəal iştirak edib. Qəhrəman dənizçi haqq savaşında iştirak etməkdən, Vətənin müdafiəsində durmaqdan qürur duyduğunu bildirib. O qeyd edib ki, Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin müqavimətini qırmağı bacardı, işğalçıları darmadağın etdi.

Bu gün qalib ölkənin vətəndaşı olmağından fəxrlə danışan Cəfər Səfərlinin sağlıq durumu da qaydasındadır, hazırda özünü yaxşı hiss edir. O, tezliklə öz işinin başına qayıdacağı günü səbirsizliklə gözləyir. O, göstərilən diqqətə görə ASCO ailəsinə təşəkkürünü bildirib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır