Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır