Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-13,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  25 sentyabr 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Azərbaycanın dünyanın nəqliyyat  xəritəsini yenidən tərtib etməsindən, ölkəmizin dəniz nəqliyyatı sahəsində əldə etdiyi uğurun Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının mötəbər tribunasından səsləndirilməsindən, 2016-cı ildən üçrəngli bayrağımız altında xarici sularda üzən   “Rəsul Rza” quru yük gəmisinin təmirdən sonra yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilməsindən, Xəzər dənizində yerləşən limanların əməkdaşlıq perspektivlərinin müzakirə edilməsindən,  Ukraynanın coğrafi movqeyinin Azərbaycanın bu ölkədən Avropaya nəqliyyat dəhlizi kimi istifadə etməsini mümkün etməyindən, göllərimizə körpə forel balıqlarının buraxılmasından, dənizçilər üçün təşkil olunan təkmilləşdirmə və ixtisasartırma kurslarının səmərəliliyindən, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinə təqaüdlərin təyin edilməsindən, təhsil kartı olan tələbələr üçün xüsusi endirim kampaniyalarının tətbiq olunacağından, son  5 ayda ümumilikdə 446 vətəndaşın “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmi-bərələri ilə Bakı Limanından Qazaxıstana aparılmasından, gəmilərimizin yüksək keyfiyyətli təmirindən, ASCO-nun  təyinatından asılı olmayaraq bütün gəmilərinin mütəmadi dezinfeksiya edilməsindən, Şərqi Aralıq dənizinə aidiyyəti olmayan ölkələrin qardaş Türkiyəni susdurmaq üçün qanuna zidd vasitələrə əl atmalarından, Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi ekoloji terrorun regionun ətraf mühitinə ciddi təhlükə yaratmasından,  Ağ evin Rusiyadan Baltik dənizinin dibi ilə Almaniyaya qaz kəməri tikintisinə kəskin etirazından, müsəlmanların adət və ənənələrini dərindən öyrənən ingilis səyyahından, dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır