"Hapag-Lloyd" şirkəti "Florida International Terminal" üzərində tam nəzarət əldə edib
"Hapag-Lloyd"un terminal və infrastruktur üzrə ixtisaslaşmış bölməsi olan "Hanseatic Global Terminals" (HGT) ABŞ-nin Florida ştatında yerləşən "Florida International Termina"l (FIT) üzərində tam nəzarəti ələ alır.
"Seanews.az" xəbər verir ki, bu məqsədlə "HGT" Çilinin gəmiçilik və logistika qrupu "Grupo Empresas Navieras" (GEN) və onun ABŞ-dəki törəmə şirkəti "Agunsa Universales (AGUNSA USA) ilə razılaşma əldə edib.
Razılaşmaya əsasən, "Port Everglades" limanında yerləşən terminalın bütün payları "HGT"-yə keçəcək və obyekt bundan sonra tam şəkildə "Hanseatic Global Terminals" tərəfindən idarə olunacaq.
"Florida International Terminal" Cənubi Floridada yerləşən "Port Everglades" limanında fəaliyyət göstərir və dünyanın ən böyük istehlak bazarlarından birinə çıxış imkanı verən mühüm logistika qovşaqlarından hesab olunur. Terminalda konteyner və ümumi yüklərin emalı həyata keçirilir.
Qeyd edək ki, "Hanseatic Global Terminals" 2023-cü ildə "Hapag-Lloyd Group" tərkibində müstəqil fəaliyyət göstərən biznes vahidi kimi yaradılıb və əsas diqqəti terminallar və infrastruktur layihələrinə yönəldib. Hazırda şirkət dünyada 21 terminalda paya malikdir və onilliyin sonunadək bu rəqəmi təxminən 30-a çatdırmağı planlaşdırır.

