Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Səbail” klubu “Qəbələ” ilə yoxlama oyunu keçirəcək

Bakının “Səbail” futbol klubu millimizin UEFA Millətlər Liqasında oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək.

Dənizçilərin təmsilçisi avqustun 30-da “Qəbələ” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” ölkə çempionatının ilk turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub. “Qəbələ” isə evdə “Zirə” ilə heç-heçə edib - 1:1.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır