Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  28 avqust 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə biganə qalsa da düşmən tapdağı altında olan bütün torpaqlarımızın azad ediləcəyindən, informasiya təhlükəsizliyinin hər bir ölkə üçün onun sərhədlərinin təhlükəsizliyi qədər vacib olmasından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat  İnstitutunun (“Xəzərdənizlayihə ETİ”) “İSO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi standartına uyğun olduğunu təsdiq edən sertifikata layiq görülməsindən, Azərbaycan Dövlət Dəniz Akademiyasında imtahan sessiyasının onlayn-test üsulu ilə təşkil olunmasından,  “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin  region ölkələrinin iqtisadi inkişafına böyük təkan verəcəyindən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti tam hazır olduqdan sonra yükdaşımaların həcminin daha da artacağından, aysberqlərin gəmilər üçün yaratdığı təhlükələrdən, əsrin ortalarına Şimalda buzun tamamilə yoxa çıxacağından,  Qazaxıstandakı vətəndaşlarımızın gəmilərimizlə  ölkəmizə təxliyəsindən, ASCO-nun təyinatından asılı olmayaraq bütün gəmilərinin mütəmadi dezinfeksiya edilməsindən, türklərin rəngi qara olmayan dənizi Qara dəniz adlandırmalarından, dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN tanış ola bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır