Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Təcrübəli gəmi kapitanı Məmməd Babayev vəfat edib

Uzun illər ASCO-nun Xəzər Dəniz Neft Donanmasında çalışmış, təcrübəli kapitan Məmməd Babayev vəfat edib.

Məmməd Babayev 1970-ci il mayın 31-də Bakıda anadan olub. O, ömrünün 25 ilini dənizçiliyə həsr edib. Əmək fəaliyyətinə 1996-cı ildə Xəzər Dəniz Neft Donanmasının “Uluçay” gəmisində matros vəzifəsindən başlayıb. Sonrakı illərdə “Kunarçay”, “Azərbaycan”, “General Əliağa Şıxlınski”, “Qurban Abbasov” kimi kran gəmilərində müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirib. 2011-ci ildə “Qurban Abbasov” gəmisinin kapitanı vəzifəsinə yüksəlib.

Məmməd Babayev mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır