• Bakı, 2020-05-28,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Qəhrəman Xəlilbəyli”, “Şuşa”, “Zəngilan”, “Lütoqa”, “Bulvar”, “STB-1”, “Mərdəkan”, “Akademik Həsən Əliyev”, “Cabbar Həşimov” gəmilərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır