Yaponiyada kerosin yüklü tanker saya oturub
Kerosin yüklü kimyəvi tanker Yaponiyanın daxili sularında saya oturub.
Seanews.az xəbər verir ki, Cənubi Koreya bayrağı altında üzən “Phoenix” tankeri (2007-ci il istehsalı) Osaka limanına doğru hərəkət edərkən Seto daxili dənizində yerləşən Ogicima adası yaxınlığında saya oturub.
Hadisə Kaqava prefekturasının Takamatsu şəhəri yaxınlığında baş verib.
Takamatsu Sahil Mühafizə Xidmətinin məlumatına görə, tanker hadisə zamanı təxminən 2 500 ton kerosin daşıyırdı. Hazırda yanacaq sızması və ya gəminin su alması qeydə alınmayıb.
Bildirilib ki, gəmi sol bort tərəfə bir qədər əyilmiş vəziyyətdədir. Hadisənin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


