• Bakı, 2020-05-28,
Seanews
Heyder Eliyev

“ASCO Nəqliyyat” MMC-də koronavirusla bağlı növbəti zəruri profilaktik tədbirlər görülüb

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “ASCO Nəqliyyat” MMC-də aparılıb. MMC-nin inzibati binası və ərazisi ilə yanaşı, bütün nəqliyyat vasitələri də dezinfeksiya edilib.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Bununla belə, koronavirusla bağlı bütün nəqliyyat vasitələrinə maarifləndirici posterlər yerləşdirilib, avtobuslar xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub. Sürücülərə isə səthlər üçün dezinfeksiyaedici məhlul, maska və əlcək verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır