Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-24,
Seanews
Heyder Eliyev

Dünyada ilk dəfə Çin gəmisi avtonom yan alma və yük boşaltma əməliyyatını icra edib

Dörd il əvvəl dünyanın ilk avtonom və elektrikli konteyner gəmisi kimi xidmətə başlayan "Zhi Fei", ilk dəfə tam avtonom şəkildə limana yan alma əməliyyatını uğurla tamamlayıb.

“Seanews.az” xəbər verir ki, fevralın 21-də Şandun əyalətinin Tsindao Limanında baş tutan əməliyyatda gəmi tam avtonom şəkildə özünü mövqeləndirib. Vakuum tipli avtomatlaşdırılmış lövbər sistemi (sorma fincanları vasitəsilə) gəmini cəmi 30 saniyə ərzində bərkidib. Liman həmçinin avtonom kranlar və yük maşınları vasitəsilə insansız yükləmə-boşaltma qabiliyyətinə malikdir.

Gəmi üç rejimdə fəaliyyət göstərir: heyət tərəfindən idarəetmə, sahildən, uzaqdan idarəetmə və tam pilotsuz avtonom naviqasiya.

"Zhi Fei" ötən il 353 səfər edərək 80,800-dən çox konteyner daşıyıb. Xidmətə girdiyi vaxtdan bəri gəmi sistemləri 1 milyondan çox müstəqil qərar qəbul edib.

Çin rəsmilərinin bildirdiyinə görə, yeni texnologiya gəminin lövbər salması üçün tələb olunan vaxtı və işçi qüvvəsini əhəmiyyətli dərəcədə azaldır. Adi gəmilərlə müqayisədə 30% daha az işçi qüvvəsi tələb olunur. İnsan xətası riski isə 80% azalıb. Aylıq əməliyyat xərclərində də azalma var - təxminən 27,500 dollar qənaət əldə edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır