ADDA-da gəmilərin təhlükəsiz hərəkəti üçün yeni texnologiya tədqiq olunur
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Dəniz naviqasiyası kafedrasında “Gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması üçün yeni texnologiyanın işlənib hazırlanması və tədqiqi” mövzusunda elmi seminar keçirilib.
ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev ali məktəbdə dənizçilik ixtisasları üzrə bu cür elmi fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.
Dəniz naviqasiyası kafedrasının müdiri Həzi Nəbiyev doktorant Əli Əliyevin dissertasiya işinin mövzusunda aparılan tədqiqatlar barədə məlumat verib.
Doktorant Əli Əliyev isə görülmuş işin özəllikləri və əldə olunan nəticələri təqdim edib.
Tədqiqat işi ilə bağlı interaktiv formada fikir mübadiləsi aparılıb, professor-müəllim heyətinin sualları cavablandırılıb, fikir və tövsiyələri dinlənilib.

