Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davamlı həyata keçirilir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Atlet-24”, “Qaradağ-15”, “Qaradağ-16”, “Bulaq-2”, “Xəzər-2”,  “PSK-51”, “Çalqan-6” gəmiləri, eləcə də ASCO-nun hazırda tikilməkdə olan yeni inzibati binasında, Xanlar küçəsi 48 ünvanında yerləşən Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda aparılıb.

Bununla belə, Xəzər Dəniz Neft Donanmasının bir sıra gəmilərində xüsusi dezinfeksiyaedici məhlullarla dezinfeksiya işləri həyata keçirilib.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır