• Bakı, 2020-09-20,
Seanews
Heyder Eliyev

ASCO-nun alyans tərəfdaşı CMS Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat ianə ayırıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) alyans tərəfdaşı olan "Caspian Marine Services" (CMS) Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Caspian Marine Services"  tərəfindən 1 milyon manat məbləğində vəsait köçürülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır