Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-02,
Seanews
Heyder Eliyev

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yubiliyarları təbrik edib

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dalğa” Uşaq Bağçasının müdiri Nərgiz Teymurovanı 70, Azərbaycan Dövlət Dəniz Akademiyasının Dənizçilik Kollecinin direktoru Namiq Ağamalıyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Komitənin əməkdaşları yubliyarlar haqqında xoş təəssüratlarını bildirib, hər iki yubiliyarın fəaliyyətlərində daim xüsusi qabiliyyəti və peşəkarlıqları ilə fərqləndiyini qeyd ediblər.

Namiq Ağamalıyevə və Nərgiz Teymurovaya Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından Fəxri Fərman da təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır