“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
“Dəniz” qəzetinin növbəti – 25 dekabr 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.
Bu sayda Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın çox böyük tranzit imkanlara malik olmasından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Xəzər Dəniz Neft Donanmasının 70 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsindən, ASCO sədrinin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşündən, ASCO-nun rəhbər heyəti üçün “Dənizçilik sənayesinin ən son nailiyyətləri” mövzusunda seminarın təşkilindən, Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun yaradılması layihəsi məsələlərinə xüsusi diqqət yetirilməsindən, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün Bakı Gəmiqayırma Zavoduna mediaturun təşkil edilməsindən, Azərbaycan Dövlət Dəniz Akademiyasında son günlər həyata keçirilən ən müxtəlif tədbirlərdən, o cümlədən Amerika Gəmiçilik Bürosunun ADDA-da gördüklərindən heyranlığını gizlətmədiyindən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” vasitəsi ilə viza verilməsindən, Azərbaycanın regionda azsulu ölkələr sırasında olmasından, dənizçilərimizin “Bir gündə 650 min ağac əkək!” aksiyasında həvəslə iştirakından, ASCO-nun gəmi təmiri zavodlarının uğurlarından, dünyada beşinci ən böyük dəniz dövləti olan Danimarkanın bir freqatını Hörmüz boğazına göndərməsindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.
Daha ətraflı BURADAN oxuya bilərsiniz.