ASCO əməkdaşları arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turniri keçiriləcək
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) işçiləri və struktura daxil olan digər qurumların əməkdaşları arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turniri keçiriləcək.
Turnirdə ümumilikdə 10 komanda mübarizə aparacaq. Bunlar ASCO, Dəniz Nəqliyyatı Donanması, Xəzər Dəniz Neft Donanması, Zığ Quru Yük Limanı, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, Azərbaycan Dövlət Dəniz Akademiyası-TTM, İstehsalat Xidmətləri İdarəsi – “Nəqliyyyat MMC”, “ASCO-Mühafizə”, Ketrinqin əməkdaşlarından ibarət komandalardır. İlk oyun 13 noyabrda baş tutacaq.
Qalib komanda diplom, kubok və medallarla təltif ediləcək.
Qeyd edək ki,ASCO-da belə yarışlar mütəmadi olaraq təşkil edilir. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir. Bu cür idman tədbirlərinin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.