Premyer Liqa: "Qarabağ" "Səbail"lə qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"lə qarşılaşacaq. Oyunu Orxan Məmmədov idarə edəcək.
Bu, iki komanda arasında Premyer Liqada 10-cu qarşılaşma olacaq.
Azərbaycan Premyer Liqası, IX tur
28 oktyabr (bazar ertəsi)
19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır