ASCO-nun və struktura daxil olan qurumların aparat işçiləri arasında keçirilən futbol turniri başa çatıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) və ASCO-nun tərkibinə daxil olan strukturların aparat işçiləri arasında keçirilən mini-futbol turnirinə yekun vurulub.
Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı baş tutan turnirdə ASCO-nun bütün strukturları təmsil olunub.
Gərgin keçən mübarizənin final mərhələsinə “ASCO Mühafizə” və “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandaları vəsiqə qazana biliblər. Həlledici görüşdə “ASCO Mühafizə” qalib gəlib. Hesab: 8-7
Qalib komanda diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, ASCO-da əməkdaşlar arasında mütəmadi idman yarışları təşkil olunur. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.