Gələn il "Xəzəryanı dövlətlərin əməkdaşlığının yeni arxitekturası" elmi-praktik forumu keçiriləcək
Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Aleksandr Sergeyevlə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev arasında görüş keçirilib.
REA-nın Rəyasət Heyətində baş tutan görüşdə elmi araşdırma və innovasiyalar üzrə yol xəritəsinin icrası ilə bağlı iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin 2020-ci ildə "Xəzəryanı dövlətlərin əməkdaşlığının yeni arxitekturası" elmi-praktik forumunun keçirilməsi, Xəzər dənizinin bioloji müxtəlifliyi və ekologiyasının öyrənilməsi məqsədi ilə birgə ekspedisiyaların təşkili, Xəzərdə seysmik şəbəkənin yaradılması sahəsində müştərək tədqiqatların aparılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır