Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-27,
Seanews
Heyder Eliyev

Tacikistandan ixrac və idxal edilən yüklərin Kurık-Ələt-Kurık istiqamətində ASCO-nun bərə gəmiləri ilə daşınması müzakirə olunub

Tacikistan Respublikasının Düşənbə şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 14-cü iclası”, “İƏT-in Tranzit Nəqliyyat Koordinasiya Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 8-ci iclası”keçirilib.

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan və İran İslam Respublikaları, Çin Xalq Respublikası, eləcə də İslam İnkişaf Bankı (İİB), Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECO-TDB) nümayəndə heyətləri qatılıblar.

İclasda dəniz nəqliyyatı ilə tranzit yükdaşımalar da daxil olmaqla, multimodal daşımalar sahəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

İki gün davam edən tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) İstismar və Kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov təmsil edib.

Tədbir çərçivəsində Tacikistan Respublikası Dəmiryolu şirkətinin rəisi Mirzoali Komilin təşəbbüsü ilə Niyaməddin Aslanov arasında ikitərəfli görüş də baş tutub. Görüşdə ASCO və Tacikistan Dəmiryolları arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tacikistan Respublikasından ixrac və idxal edilən yüklərin Kurık-Ələt-Kurık istiqamətində ASCO-ya məxsus bərə gəmilərlə daşınması müzakirə edilib.

Mirzoali Komil görüşün səmərəli olduğunu, aparılan müzakirələrin şirkətlər arasında əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır