2018-ci ilin “Ən yaxşıları” müəyyən olundu
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ( ASCO) 2018-ci ilin yekunlarına görə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi” və “Ən yaxşı müəllim” “ İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblər müəyyən edilib.
Ən yaxşılar ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrlə müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin müvafiq protokolu nəzərə alınaraq müəyyən edilib.
Siyahını təqdim edirik:
1. “Ən yaxşı gəmi”:
Xəzər Dəniz Neft Donanmasının (XDND) “General Əsədov” gəmisi
Dəniz Nəqliyyat Donanmasının (DND) “Akademik Zərifə Əliyeva” gəmisi
2. “Ən yaxşı gəmi” nominasiyası üzrə 2-ci yer:
XDND-nin “Atlet-24”gəmisi
DND-nin “Nəsimi” gəmisi
3. “Ən yaxşı kapitan”:
XDND-nin “Mərdəkan” gəmisinin kapitanı Paşayev İlqar Ənvər oğlu
DND-nin “Ağdam” gəmisinin kapitanı Əhmədov Etibar İsmayıl oğlu
4. “Ən yaxşı kapitan” nominasiyası üzrə 2-ci yer:
XDND-nin “Mühəndis Balarza Məmmədov” gəmisinin kapitanı Vəlixanov Söhbət Əbeydulla oğlu
DND-nin “Qarabağ” gəmisinin kapitanı Həsənov Emin Vaqif oğlu
5. “İlin gənc dənizçisi”:
DND-nin “Professor Gül” gəmisinin kapitanı İsmayılov Təhmiraz Vilayət oğlu
6. “Ən yaxşı mexanik”:
XDND-nin “Nefteqaz-64” gəmisinin mexaniki Əliyev Yaşar Davud oğlu
DND-nin “Üzeyir Hacıbəyli” gəmisinin mexaniki Şabanov Hikmət İsfəndiyar oğlu
7. “Ən yaxşı mexanik” nominasiyası üzrə 2-ci yer:
XDND-nin “Qaradağ-7” gəmisinin mexaniki Levşa Vyaçeslav İvanoviç
DND-nin “Rəsul Rza” gəmisinin mexaniki Ağaliyev Zaur Elman oğlu
8. “Ən yaxşı elektrik mexaniki”:
XDND-nin “Şirvan-3” gəmisinin elektrik mexaniki Quliyev Emil Hasil oğlu
DND-nin “Fikrət Əmirov” gəmisinin elektrik mexaniki Əliyev Elşad Pircan oğlu
9. “Ən yaxşı elektrik mexaniki” nominasiyası üzrə 2-ci yer:
XDND-nin “Atlet-8” gəmisinin elektrik mexaniki Abdullayev Sərdar Cavanşir oğlu
DND-nin “General Aslanov” gəmisinin elektrik mexaniki Məmmədov Xəqani Bəhman oğlu
10. “Ən yaxşı bosman”:
XDND-nin “Atlet-24” gəmisinin bosmanı Cəbiyev Rüfət Baba oğlu
DND-nin “Akademik Topçubaşov” gəmisinin bosmanı Əliyev Bəhman Mikayıl oğlu
11. “Ən yaxşı bosman” nominasiyası üzrə 2-ci yer:
XDND-nin “Yarenqa” gəmisinin bosmanı Səfixanov Mayil Şıxsəfi oğlu
DND-nin “Qaradağ” gəmisinin bosmanı Şahbazov Mehman Abdulla oğlu
12. Ən yaxşı matros:
XDND-nin “Atlet-2” gəmisinin matrosu Şammədov Həsrət Qonsur oğlu
DND-nin “Şahdağ” gəmisinin matrosu Abdulxalıqov Aqşin Cəlil oğlu
13. “Ən yaxşı matros” nominasiyası üzrə 2-ci yer:
XDND-nin “General Əliağa Şıxlinski” gəmisinin matrosu Dadaşov Faiq Rövşən oğlu
DND-nin “Natəvan” gəmisinin matrosu Məmmədov Müqtədir Şakir oğlu
14. “Ən yaxşı motorçu”:
XDND-nin “Vadim Seyidov” gəmisinin motorçusu Ağabəyov Tolik Səvləddin oğlu
DND-nin “Şair Sabir” gəmisinin motorçusu Allahverdiyev Rövşən Allahverdi oğlu
15. “Ən yaxşı motorçu” nominasiyası üzrə 2-ci yer:
XDND-nin “General Əliağa Şıxlinski” gəmisinin motorçusu Allahverdizadə Babək Qabil oğlu
DND-nin “Şair Sabir” gəmisinin motorçusu Sultanov Şahin Əhmədağa oğlu
16. “Ən yaxşı gəmi təmirçisi”:
“Zığ” GTTZ-nin gəmi təmiri çilingəri Yolçuyev Namik Əli oğlu
“Bibiheybət” GTZ-nin gəmi gövdə təmirçisi Nadirov Zabil Sabir oğlu
17. “Ən yaxşı gəmi təmirçisi” nominasiyası üzrə 2-ci yer:
“Zığ” GTTZ-nin gəmi gövdə təmirçisi Əliyev Novruz Hidayət oğlu
“Bibiheybət” GTZ-nin gəmi təmiri çilingəri Rəşidov Fərhad Nizami oğlu
18. “Ən yaxşı müəllim”:
ADDA-nın Gəmiqayırma və gəmi təmiri kafedrasının baş müəllimi Xankişiyev İsaq Abuzər oğlu
19.”Ən yaxşı müəllim” nominasiyası üzrə 2-ci yer:
ADDA-nın Gəmi energetik qurğuları kafedrasının baş müəllimi Alməmmədov Nizami Məmmədəli oğlu