Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-25,
Seanews
Heyder Eliyev

“HD Hyundai” gəmiqayırma zavodlarında qaynaq robotlarının sınaqlarına başlayır

Cənubi Koreyanın "HD Hyundai" qrupu, "HD KSOE", "HD Hyundai Robotics" və ABŞ-ın "Persona AI" şirkəti ilə birgə gəmiqayırma zavodları üçün ixtisaslaşmış humanoid (insanabənzər) robotların kommersiyalaşdırılması barədə müqavilə imzalayıb. 2025-ci ildə başlanmış layihənin yeni mərhələsi çərçivəsində ikiayaqlı robotlar gəmiqayırma zavodlarının mürəkkəb mühitində sərbəst hərəkət edərək qaynaq işlərini icra edəcək.

“Seanews.az” xəbər verir ki, "HD KSOE" real gəmiqayırma məlumatları əsasında süni intellekt modelləri hazırlayacaq, "Persona AI" isə robotun stabil hərəkət platformasını təmin edəcək.

Ötən il ərzində hazırlanmış prototipin texniki səmərəliliyi artıq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Bu texnologiyanın tətbiqi gəmiqayırma sahəsində həm işçi təhlükəsizliyini artıracaq, həm də istehsal səmərəliliyini yeni səviyyəyə qaldıracaq.

Layihə çərçivəsində humanoid robotların 2026-cı ilin sonuna qədər tam hazır olması, 2027-ci ildən isə zavodlarda kütləvi tətbiqi və kommersiya satışı planlaşdırılır. Eyni zamanda, Amerika Gəmiçilik Bürosu (ABS) ilə əməkdaşlıq çərçivəsində bu robotların gəmilərin dar və təhlükəli hissələrində təftiş işləri aparması üçün yeni rəqəmsal standartlar müəyyən ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır