Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-25,
Seanews
Heyder Eliyev

Meksika neft sızmasına görə məsuliyyət daşıyan tankeri axtarır: Təmizləmə işləri davam edir

Meksika hakimiyyəti ayın əvvəlindən bəri Körfəz sahili boyu davam edən neft sızmasının fəsadlarını aradan qaldırmaq üçün təmizləmə işlərini intensivləşdirib. Ölkə Prezidenti Klaudiya Şeynbaum hadisəyə görə dövlət neft şirkəti "Pemex"in məsuliyyət daşımadığını və sızmanın adsız bir tanker tərəfindən törədildiyindən şübhələndiklərini bildirib.

“Seanews.az” xəbər verir ki, hazırda Hərbi Dəniz Qüvvələri və ekologiya departamentləri peyk monitorinqi, okean axınlarının analizi və patrul xidməti vasitəsilə çirklənmənin mənbəyi olan gəmini təsbit etməyə çalışır. İlkin ehtimallara görə, sızma Koatsakoalkos yaxınlığındakı "Pajaritos" neft-kimya müəssisəsinin lövbər dayanacağından qaynaqlanıb.

Martın 5-dən başlayan əməliyyatlarda 200-dən çox işçi 140 mildən artıq sahil xəttini təmizləyib və indiyədək 94 tondan çox karbohidrogen tərkibli tullantı toplanıb. Lakin yerli ekoloji qruplar dənizdə hələ də neft qalıqlarının olduğunu və çirklənmənin balıq, krevet və mollyuskaların çoxalma ərazisi olan "Ostion" laqununa çatdığını bildirir. Aprel ayında dəniz tısbağalarının yuva qurma mövsümünün başlanması fonunda ekoloqlar sızmanın yerli balıqçılıq və turizm sektoruna, eləcə də biomüxtəlifliyə ciddi zərbə vuracağından narahatdırlar.

Hazırda toplanmış tullantılar analiz üçün saxlanılır və günahkar gəmi müəyyən edildikdən sonra ekoloji qanunvericilik çərçivəsində sərt cəza tədbirləri görüləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır