Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-26,
Seanews
Heyder Eliyev

Saya oturmuş barja 16 gün sonra yenidən üzdürüldü

San-Xuan limanının girişində saya oturaraq naviqasiya üçün təhlükə yaradan "Defiant" yük barjası qayalıqlardan çıxarılaraq yenidən üzdürülüb.

“Seanews.az” xəbər verir ki, xilasetmə qrupları uğurlu əməliyyatı çərşənbə günü gecə saatlarında, dənizdə suyun səviyyəsi qalxan zaman həyata keçirib və prosesə üç yedək gəmisi cəlb edilib.

Hazırlıq üçün barjanın bütün bölmələrinə təzyiqli hava vurulub. "Lobo Grande" adlı yedək gəmisi qabarmanın köməyi ilə barjanı qayaların üzərindən çəkib çıxarıb.

Bundan əvvəlki cəhd uğursuz olmuş və gəmi yerindən çox az tərpənmişdi.

Barja fevralın 9-da liman kanalına daxil olarkən idarəetməni itirərək dayazlıqda saya oturmuşdu. Bu, limandakı digər gəmilərin hərəkətinə müvəqqəti məhdudiyyətlər gətirmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır