Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-26,
Seanews
Heyder Eliyev

Gəmiçilikdə qənaət edəcək innovativ texnologiya üçün mühüm təsdiq alındı

"Minke Marine" şirkəti özünün innovativ hava sürtünməsi sistemi (ALS) üçün növbəti uğura imza atıb. DNV-dən sonra Yaponiyanın nüfuzlu ClassNK cəmiyyəti də bu texnologiyaya "prinsipial razılıq" (AiP) sertifikatı  verib.

“Seanews.az” xəbər verir ki, bu uğur şirkətin ilk kommersiya layihəsinin nəticələri ilə eyni vaxta təsadüf edir. Norveçə məxsus 55.000 tonluq (dwt) ümumi yük gəmisində quraşdırılan sistem artıq real məlumatlar ötürməyə başlayıb. İlkin göstəricilər "Minke" hava sürtünməsi sisteminin yanacaq sərfiyyatında ciddi qənaət yaratdığını sübut edir.

Şirkətin həmtəsisçisi Qayls Kendi bildirib ki, “Minke” sistemi digər analoji sistemlərdən dəfələrlə ucuz başa gəlir, daha qısa müddətdə quraşdırılır və yüksək nəticələr verir.

Hava sürtünməsi sistemi gəminin gövdəsi ilə su arasında xırda hava qabarcıqlarından ibarət bir təbəqə yaradır. Bu təbəqə suyun müqavimətini azaltdığı üçün yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azalır və nəticədə  atmosferə atılan zərərli qazların (emissiyaların) miqdarı aşağı düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır