Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-25,
Seanews
Heyder Eliyev

Gəmiçilikdə “yaşıl” çevriliş: Ammonyakla işləyən ilk sistemlər hazırdır

Yaponiyanın “Mitsubishi Shipbuilding” şirkəti gəmiçilik sənayesində inqilab edəcək yeni bir addım atıb.

“Seanews.az” xəbər verir ki, şirkət ammonyak yanacağı ilə işləyən gəmi mühərrikləri üçün xüsusi təchizat və təmizləmə sistemlərini təhvil verib.

Gəmilərdə ənənəvi dizel yanacağını ekoloji cəhətdən təmiz olan ammonyakla əvəz etmək üçün iki əsas qurğu hazırlanıb. Bunlardan biri -Yanacaq Təchizatı Sistemi (AFSS) ammonyakın mühərrikə təhlükəsiz və sabit şəkildə ötürülməsini təmin edir. Digər qurğu, Qaz Təmizləmə Sistemi (AGAS) isə yanacaq növü dəyişdirilərkən yaranan artıq ammonyak qazını zərərsizləşdirir.

Hər iki sistem məsafədən idarə olunur. Bu da heyətin işini asanlaşdırır və insan xətası riskini azaldır.

Gəmi sahibləri bu texnologiya sayəsində beynəlxalq emissiya (havaya atılan zərərli qazlar) qaydalarına asanlıqla əməl edə biləcəklər.

Yaxın günlərdə bu sistemlərin gəmi göyərtəsində ilk real sınaqları başlayacaq. Əgər sınaqlar uğurlu olarsa, gələcəkdə dənizlərdə yük daşıyan nəhəng gəmilər zərərli tüstü əvəzinə daha təmiz yanacaqla hərəkət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır