Hindistan və Banqladeş gəmi utilizasiyası bazarında lider mövqedədir
Qlobal gəmi utilizasiyası bazarının həcmi 2025–2030-cu illərdə illik 7,4% artımla 2025-ci ildəki 9,1 milyard ABŞ dollarından 2030-cu ildə 13 milyard dollara yüksələcək.
"Seanews.az" xəbər verir ki, bu barədə "BCC Research"-in yeni hesabatında bildirilib.
Dünyada bu sahədə əsas pay sahibləri Banqladeş, Hindistan və Pakistandır. Ümumi bazar payının 90%-dən çoxu bu üç ölkəyə məxsusdur, bunun 80%-i isə Banqladeş və Hindistanın payına düşür.
Hesabatda bildirilir ki, 40 min ton dedveyt daşıma qabiliyyətinə malik bir gəminin utilizasiyası zavod şəraitində təxminən üç ay çəkir və bu prosesdə orta hesabla 50 işçi çalışır.
Bazarın artımına bir qlobal metal tələbinin yüksəlməsi, dünya ticarət donanmasında gəmilərin yaşlanması, həmçinin Honkonq Konvensiyası çərçivəsində tətbiq edilən daha sərt təhlükəsizlik və ekoloji standartlar kimi bir neçə amil təsir göstərir.