Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-15,
Seanews
Heyder Eliyev

"DP World"-ün gəlirləri 2025-ci ilin ilk yarısında 20,4% artıb

2025-ci ilin ilk yarısında "DP World"-ün gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artaraq 11,24 milyard ABŞ dollarına çatıb.

"Seanews.az" xəbər verir ki, artım əsasən limanlar və terminallar seqmentində yüksək nəticələr, həmçinin son dövrdəki satınalmalar hesabına təmin olunub.

Tənzimlənmiş əməliyyat mənfəəti 21,4% artaraq 3,03 milyard ABŞ dolları təşkil edib. Konteyner dövriyyəsi isə eyni əsasda 5,6% artaraq qlobal portfel üzrə 45,4 milyon TEU-ya yüksəlib.

Şirkət ilin ilk yarısında 1,08 milyard ABŞ dolları məbləğində kapital qoyuluşu həyata keçirib. İl üzrə ümumi investisiya planı 2,5 milyard dollar təşkil edir və bu vəsait "Jebel Eli" limanı, "Drydocks World", Hindistandakı "Tuna Tekra", Böyük Britaniyadakı "London Gateway", Seneqaldakı "Dakar", həmçinin "DP World Logistics" və "P&O Maritime Logistics" üzrə genişlənmə layihələrinə yönəldiləcək.

İnvestisiyaların əsas məqsədi terminal tutumunu artırmaq, təchizat zəncirinin inteqrasiyasını gücləndirmək və rəqəmsal imkanları inkişaf etdirməklə uzunmüddətli ticarət dayanıqlığını təmin etməkdir.

"DP World"-un birbaşa idarəetməsində olan terminallarda 27,4 milyon TEU həcmində yükləmə-boşaltma əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,5% çoxdur.

"DP World" makroiqtisadi təzyiqlər və əsas dəniz marşrutlarındakı gərginliklərə baxmayaraq, ilin sonunda da yüksək əməliyyat mənfəəti əldə edəcəyini, bu göstəricinin davamlı yük dövriyyəsi artımı, əməliyyat səmərəliliyi, güclənmiş balans göstəriciləri və strateji investisiyalarla dəstəklənəcəyini gözləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır