Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-06,
Seanews
Heyder Eliyev

Dardanel boğazında gəminin mühərriki sıradan çıxıb

Bolqarıstandan İsrailə gedən "Ironhide" adlı yük gəmisinin mühərriki Dardanel boğazından keçərkən sıradan çıxıb.

"Seanews.az" xəbər verir ki, hadisə barədə Türkiyənin Sahil Mühafizəsi sosial media hesabında məlumat yayıb.

Vanuatu bayrağı altında üzən "Ironhide" gəmisi Karanfil burnu sahillərində dayanıb və Çanaqqala Gəmi Hərəkətinə Nəzarət Mərkəzinin koordinasiyası ilə yedəyə alınaraq limana aparılıb.

İnsident boğazdakı gəmi hərəkətinə təsir etməyib.

Qeyd edək ki, 1991-ci ildə inşa olunmuş 78 metrlik gəmi müxtəlif növ yüklərin daşınması üçün nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır