Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-06,
Seanews
Heyder Eliyev

Husilər İsrail, Misir və Türkiyə arasında ticarət gəmilərini izlədiklərini bildiriblər

Yəməndə fəaliyyət göstərən Husi qruplaşması İsrailə qarşı dəniz blokadasını davam etdirir və İsrail limanlarına daxil olan və ya oradan çıxan bütün ticarət gəmilərinə hücum ediləcəyini bildirir.

“Seanews.az” xəbər verir ki, qrup bu dəfə İsrail, Misir və Türkiyə limanları arasında hərəkət edən gəmiləri izlədiklərini açıqlayıb və bir sıra iri gəmiçilik şirkətlərini, o cümlədən “Maersk” və “MSC”-ni hədəf göstərib.

Onların yaydığı məlumata əsasən, gəmi hərəkətləri avtomatik tanıma sistemi (AIS) vasitəsilə izlənilir və avqustun 2-si və 3-də İsrail limanlarına daxil olmuş doqquz gəmi qeydə alınıb.  Bu gəmilərin hamısı ya Misirdən, ya da Türkiyədən gəlib və ya bu ölkələrə yola düşüb.

Husilər bildirirlər ki, ticarət əlaqələrinin regional və beynəlxalq çağırışlara baxmayaraq davam etməsi İsraillə iqtisadi münasibətlərin kəsilməsinə dair çağırışlara ziddir.

Xatırladaq ki, iyulda husilər “Magic Seas” və “Eternity C” adlı quru yük gəmilərinə hücum ediblər. “Eternity C” gəmisinin heyəti hücumdan sonra yayımlanan videoda göstərilərək gəminin İsrailin Eylat limanına gübrə daşıdığı bildirilib. Həmin gəmini idarə edən “Cosmoshipping” şirkətinə qarşı təhdidlər genişləndirilib və şirkətin İsrailə səfər edən digər gəmilərinin siyahısı dərc olunub.

Artan təhdidlər səbəbindən bir çox gəmiçilik şirkətləri Qırmızı dənizdən keçməkdən çəkinirlər. Misirin Süveyş kanalında konteyner daşımalarını bərpa etmək cəhdləri isə bu risklər fonunda əngəllənir. Hazırda bölgədə Avropa İttifaqının “EUNAVFOR Aspides” qüvvələri gəmilərə mühafizə tədbirləri ilə dəstək göstərməyə davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır