Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-06,
Seanews
Heyder Eliyev

Pakistan ilk dəfə İranla dəniz daşımaları üçün lisenziya verib

Pakistan ilk dəfə olaraq İranla dəniz daşımaları üçün beynəlxalq operatora rəsmi lisenziya verib.

"Seanews.az" xəbər verir ki, bu barədə ölkənin Dənizçilik işləri üzrə naziri Məhəmməd Cüneyd Ənvər Çaudri bildirib. O qeyd edib ki, hökumət “Sea Keepers” beynəlxalq dəniz daşımaları şirkətinə Pakistan ilə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına (ƏDƏŞ) üzv ölkələr arasında nəqliyyat xidmətləri göstərməyə icazə verib.

Yeni dəniz marşrutu ilə hər il yüz minlərlə sərnişinin, xüsusilə də İrana və İraqa səfər edən zəvvarların, eləcə də Fars körfəzi ölkələrinə üz tutan işçilər və turistlərin daşınacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır