“Bow Olympus” karbon emissiyasını sıfıra endirərək Atlantik okeanını keçib
Seanews.az xəbər verir ki, Norveçin “Odfjell” şirkəti istismar etdiyi gəmilərdə ətraf mühitə təsiri azaltmaq məqsədilə tətbiq etdiyi texnologiyalarla diqqət çəkir. Şirkət bu ilin əvvəlində “Bow Olympus” tankerinin karbon emissiyasını sıfıra endirərək Atlantik okeanını keçdiyini açıqlayıb.
Gəmi sertifikatlaşdırılmış bioyanacaq və “bound4blue” yelkən sistemi ilə təchiz olunaraq hər gün təxminən 5 ton yanacağa qənaət edib, istixana qazı emissiyasını isə 85% azaldıb. Səfər zamanı “Syroco” şirkətinin təqdim etdiyi hava marşrutlaşdırılması və rəqəmsal əkiz texnologiyası əməliyyatın optimallaşdırılmasında əsas rol oynayıb.
“Bow Olympus” bu nəticələri ilə “Odfjell”in 50%-dən çox karbon emissiyası azaldılmış donanma strategiyasının bir hissəsinə çevrilib. Şirkət bu texnologiyaların digər gəmilərdə də tətbiqini planlaşdırır.
“Syroco”nun rəhbəri Aleks Kozerq bildirib: “Alternativ yanacaqlar baha olduğu üçün sərfiyyatın optimallaşdırılması daha da vacibdir.”
Hazırda “Syroco” sistemləri “Louis Dreyfus”, “Socatra”, “GeoGas” və “Odfjell” kimi şirkətlərin 120-dən çox gəmisində uğurla tətbiq olunur.