Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-04,
Seanews
Heyder Eliyev

Avropa Birliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirir

Niderland və Belçika da daxil olmaqla Avropa Birliyinin (AB) 7 üzvü mütəşəkkil cinayətkar qrupların fəaliyyəti ilə mübarizə aparmaq üçün limanlarda təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılmasına dair tövsiyələr hazırlayıb.

Sənəd, xüsusən də “liman personalı, heyət üzvləri və xarici ekspertlər üçün vahid yoxlama prosedurlarını” tətbiq etməklə təhlükəsizlik standartlarını birləşdirməyi təklif edir. Hüquq-mühafizə orqanları həmçinin qanunsuz malların ələ keçirilməsi və cinayətkarların strategiyaları, məsələn, istifadə etdikləri gəmiçilik şirkətləri və nəqliyyat terminalları barədə öz aralarında əlavə məlumat paylaşmalıdırlar.

Sənəd Avropa Komissiyasını “mövcud monitorinq və hesabat alətlərini gücləndirməyə” çağırır ki, bu da həm AB-yə üzv dövlətlərdə, həm də “ümumAvropa və ya qlobal səviyyədə” həyata keçirilməsi üçün ən effektiv tədbirlərin müəyyənləşdirilməsinə kömək edəcək.

Niderlandın təhlükəsizlik və ədliyyə naziri David van Vil xüsusilə vurğulayıb ki, limanlar narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün əsas tranzit məntəqələridir və buna görə də onların əməkdaşları narkotik cinayətkarlarının “hədə-qorxu ilə dolu” hərəkətlərinə qarşı daha dayanıqlı olmalıdırlar.

Avropa Birliyinə daxil olan narkotiklərin əksəriyyəti dəniz yolu ilə daşınır. Avropa Komissiyasının 2024-cü ilin yanvar ayına olan məlumatlarına görə, AB ölkələrində gömrük orqanları tərəfindən narkotik müsadirələrinin 70%-i qeyri-dövlət limanlarında baş verir.

 

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır