Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Yanvar-avqust aylarında yük əməliyyatı üçün Liepaya limanına 902 gəmi yan alıb

2024-cü ilin yanvar-avqust aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 4,75 milyon ton təşkil edib.

“PortNews”-in liman administrasiyasına istinadən verdiyi məlumata görə, taxıl aşırılması 2,9% artaraq 2,07 milyon ton olub.

Hesabat dövründə limanda tikinti materiallarının işlənməsi 15,5% azalaraq 416 min tona, neft məhsullarının işlənməsi  4,7% azalaraq 176,5 min tona düşüb.  

Ümumi yüklərin aşırılması 16,9% artaraq 1,5 milyon ton təşkil edib.

Yanvar-avqust aylarında Liepaya limanına 902 gəmi yan alıb ki, bu da keçən ilin müvafiq dövründəki göstəricidən 4% azdır.

Qeyd edək ki, Liepaya limanı 1990-cı illərdə SSRİ Hərbi Dəniz Qüvvələrinin bazasının yerində yaradılmışdır. 2023-cü ildə limanda 7,2 milyon ton yük işlənmişdi.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır