Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları "COP29-a doğru” şüarı altında keçirilən tədbirdə iştirak ediblər

Bakıda “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” (AISA) və “PMD Projects” MMC-nin təşkilatçılığı ilə “Towards COP29” (COP29’a doğru) devizi altında “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) keçirilib.

İş adamları və sahibkarlar olmaqla, özəl və müxtəlif dövlət müəssisələrinin, tikinti şirkətlərinin rəhbər və aidiyyəti şəxsləri olmaqla, 300-dən çox nümayəndənin təmsil olunduğu tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) KSƏTƏMM departamentinin rəisi Rüstəm Ağayev və departamentin ətraf mühitin mühafizəsi üzrə mühəndisi Əli Əliyev də iştirak edib.

Tədbirdə dayanıqlı tikinti həlləri, müasir və innovativ tikinti üsulları, tikinti təhlükəsizliyi, ağıllı tikinti sistemləri kimi mövzular ilə bağlı dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələr və onların ölkəmizdə tətbiqi imkanları müzakirə edilib.

Sona iştirakçıların sualları cavablandırılıb, onların fikirləri dinlənilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır