Yeni kran gəmisi “Yaşıl Jade” adlandırılıb
Dəniz podratçısı “DEME” tərəfindən sifariş verilən yeni kran gəmisi Tayvandakı Qaosyun Gəmiqayırma Zavodunun sahilində keçirilən rəsmi mərasimdə “Yaşıl Jade” adlandırılıb.
“Seanews.az”-ın məlumatına görə, bu, 2022-ci ilin yazında “Orion” kran gəmisinin istismara verilməsindən sonra “DEME”-nin donanmasına qoşulan bu tip ikinci gəmidir.
“Green Jade” 4000 ton qaldırma qabiliyyəti olan kranla təchiz edilmişdir. Yük göyərtəsinin sahəsi 8,2 min kvadratmetrdir. Bu, “Green Jade”-yə eyni zamanda nəhəng dəniz külək turbinlərinin ən son nəsli üçün bir neçə gövdə və təməl komponentlərini daşımağa imkan verəcək.
“CDWE” (Tayvanın ən böyük gəmi istehsalçısı olan “CSBC” və “DEME Offshore”-nin birgə müəssisə) Tayvan sahillərində dəniz külək stansiyaları qurmaq üçün “Green Jade”-dən istifadə edir.
“Green Jade” iki yanacaqlı mühərriklərə, yaşıl pasporta və “Clean Design” sinfinə malikdir. Bundan əlavə, yanacağa qənaət etmək üçün müxtəlif texnologiyalardan, işlənmiş qazları və soyuducu suyunu elektrik enerjisinə çevirən sistemdən istifadə olunur.
Tayvan 2050-ci ilə qədər dəniz külək stansiyalarından ən azı 40-55 GVt istehsal etmək niyyətindədir.