Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dəniz külək stansiyalarına xidmət üçün yeni terminal 2025-ci ildə istifadəyə veriləcək

Polşanın Svinouyse limanında 2025-ci ilin yanvarında dəniz külək stansiyalarına xidmət üçün yeni quraşdırma terminalı istifadəyə verilməlidir.

Bu barədə Polşanın Dəniz İqtisadiyyatı və Çay Naviqasiyası naziri Marek Qrubarçikin iştirakı ilə Şeçin və Svinouyse  dəniz limanları administrasiyasının baş ofisində keçirilən mətbuat konfransında məlumat verilib. Bildirilib ki, bu, ölkə sahillərində ilk belə terminal olacaq.

Liman ərazisi üçün icarə müqaviləsi 2022-ci il oktyabrın 13-də, Şetsin və Svinouyse dəniz limanlarının administrasiyası torpaq sahəsini əldə etdikdən bir ildən az sonra imzalanıb.

“Orlen Capital Group”un investisiya layihəsinə “Northland Power” şirkəti ilə birgə həyata keçirilən “Baltic Power” layihəsi çərçivəsində Baltik dənizində gücü 1,2 QVt-a qədər olan dəniz külək stansiyasının quraşdırılması daxildir. Tikilməkdə olan terminal Polşanın dəniz külək enerjisinin inkişafı layihəsinin birinci və ikinci fazalarının həyata keçirilməsi üçün əsas infrastruktur elementidir. Obyekt 2040-cı ilə qədər planlaşdırılan ümumi gücü 11 GVt-a qədər olan ən azı 12 dəniz külək layihəsinə xidmət göstərə biləcək.

İndi Baltik dənizi regionunda nəzəri cəhətdən bu cür layihələr üçün baza kimi seçilə bilən 11 liman (Svinouyse, Qdınya, Qdansk, Rostok, Zasnits, Trelleborq, Ronne, Soderhamn, Vidava, Riqa, Klaypeda) var. Ronne limanı Almaniyanın Zasnits limanı kimi 2027-ci ilə qədər dəniz külək enerjisinə xidmət göstərmək baxımından böyük potensiala malikdir. Polşa dəniz külək enerjisini inkişaf etdirmək üçün öz limanında ixtisaslaşmış terminal yaratmağa çalışır.

Terminal 20 hektar ərazidə tikiləcək. Onun ərazisində külək stansiyalarının əsas komponentlərini - turbinlər, onların sütunları və əsaslarınıdaşıyan ağır yük gəmilərinə xidmət edə biləcək infrastruktur yaradılacaq. İnvestisiya çərçivəsində uzunluğu təqribən 485 metr, dərinliyi 12,5 metr olan yanalma körpüləri tikiləcək. Yanalma kanalının dərinliyi 12,5 metr, eni 140 metr olacaq.  Quruda anbar meydançaları tikiləcək ki, bu da ildə hər birinin gücü 15 MVt olan 80-ə qədər külək turbinini işə salmağa imkan verəcək.

İnvestisiya layihəsinin ikinci mərhələsi (3 saylı yanalma körpüsünün genişləndirilməsi) daha sonra həyata keçiriləcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır