Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

"HMM" "Algeciras" limanındakı terminalının genişləndirilməsi üçün yeni mərhələyə start verir

Cənubi Koreya mənşəli dənizçilik şirkəti "HMM" İspaniyanın "Algeciras" şəhərində yerləşən "TTIA" konteyner terminalının genişləndirilməsi məqsədilə əhəmiyyətli bir addım atıb.

"Seanews.az" xəbər verir ki, şirkət "Algeciras" Liman İdarəsinə təxminən 177 milyon ABŞ dolları dəyərində olan genişlənmə planı barədə niyyət məktubu təqdim edib.

Layihəyə əsasən, "HMM" terminala birbaşa 35 milyon avro həcmində sərmayə yatıracaq. Qalan maliyyələşdirmə isə terminalın ikinci böyük ortağı olan Fransanın "CMA CGM" daşıma şirkəti və digər xarici investorlar tərəfindən təmin olunacaq.

Yarı avtomatlaşdırılmış infrastruktura malik "TTIA" terminalı 2017-ci ildə "HMM" tərəfindən tam şəkildə satın alınmışdı.

Hazırda 300.000 kvadratmetr sahədə fəaliyyət göstərən terminal ildə 1,6 milyon TEU emal gücünə malikdir.

Genişlənmənin ilk mərhələsi ilə terminalın sahəsi 460.000 kvadratmetrə, emal gücü isə 2,1 milyon TEU-ya qədər artırılacaq. Bu mərhələnin 2028-ci ilədək tamamlanması planlaşdırılır.

Bundan əlavə, potensialın 2,8 milyon TEU-ya çatdırılmasını nəzərdə tutan ikinci mərhələ üzrə də işlər davam etdirilir.

"HMM" bu uzunmüddətli inkişaf planı çərçivəsində terminalın istismar hüququnu 2043-cü ildən 2065-ci ilədək uzadan 22 illik yeni icarə müqaviləsi imzalayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır