Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

"GEOS"-un yeddi gəmisi üçün 95 milyon dollarlıq maliyyə sazişi imzalanıb

Yunanıstanın dəniz lizinq platforması “Neptune Maritime Leasing Limited” 2025-ci ilin iyununda “Golden Energy Offshore Services ASA”-ya (GEOS) məxsus yeddi gəmi üçün 95 milyon ABŞ dolları dəyərində satış və lizinq müqaviləsi imzalayıb.

“Seanews.az” xəbər verir ki, yeddi gəmidən altısının maliyyələşdirilməsi artıq başa çatıb, 7-ci gəminin maliyyələşdirilməsinin 2025-ci ilin iyulunda tamamlanması gözlənilir.

“Golden Energy Offshore Services ASA”-nın baş direktoru Per İvar Faqervol razılaşmanı belə dəyərləndirib: “Bu razılaşma “GEOS” üçün əsl dönüş nöqtəsidir. İndi daha çevik və böyüməyə yönəlmiş bir platformamız var. Artıq kapital yığmaq, böyümək və səhmdarlarımızın gözləntilərini qarşılamaq müstəqilliyinə sahibik.”

“Golden Energy Offshore Services ASA” Norveçin Alesund şəhərində yerləşən ofşor xidmət şirkətidir. Şirkətin donanması neft-qaz və bərpa olunan dəniz sənayesində istifadə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır