Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti terminal sektorunda iştirakını genişləndirir

“Hapag-Lloyd AG” xətti gəmiçilik şirkəti  Hindistanın “JM Baxi Ports & Logistics Limited” (“JMBPL”) şirkətinin “Bain Capital Private Equity”-nin törəmə müəssisəsindən 35% payını alacağı barədə icrası məcburi olan müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, “Hapag-Lloyd AG” həmçinin “JMBPL” və onun təsisçiləri olan Kotak ailəsi ilə payın 40%-ə qədər artırılması imkanları üçün də razılıq əldə edib.

Qarşılıqlı razılaşmaya əsasən, müqavilənin dəyəri açıqlanmayıb.

Müqavilə antiinhisar orqanları tərəfindən təsdiqlənməlidir.

“JM Baxi Ports&Logistics Limited” şəxsi terminal daşımaları, logistika və daxili daşıma xidmətləri üzrə Hindistanın aparıcı təchizatçı şirkətidir. İşlənən konteynerlərin illik ümumi həcmi təxminən 1,6 milyon TEU-dur. “JMBPL” şirkətinin  Nhava Şeva və Tuticorin limanlarında konteyner terminallarının istismarı üçün güzəşt hüququ var.

“Hapag-Lloyd” 2023-cü ilin strategiyasına uyğun olaraq terminal sektorunda iştirakını genişləndirir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır