“ZİM” maliyyə və əməliyyat nəticələrini açıqlayıb
“Zim Integrated Shipping Services” (“ZİM”) 2022-ci ilin üçüncü rübü və 9 ayı üçün maliyyə və əməliyyat nəticələrini açıqlayıb.
Üçüncü rübdə gəlir 2,23 milyard dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 3% çoxdur. Əməliyyat mənfəəti isə 17% azalaraq 1,54 milyard dollara, xalis mənfəət 20,3% azalaraq 1,17 milyard dollara düşüb. Yükdaşımanın həcmi 842 min TEU təşkil edib ki, bu da 2021-ci ilin üçüncü rübündən 5% azdır. 2022-ci ilin 9 ayı ərzində 2,56 milyon TEU daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% azdır və orta tarif bir TEU üçün 3,600 dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 43,4% çoxdur.
9 ayın nəticələrinə görə, gəlir illik müqayisədə 42,8% artaraq 10,37 milyard dollara, əməliyyat mənfəəti 50% artaraq 5,55 milyard dollara, xalis mənfəət - 43,2% artaraq 4,2 milyard dollara çatıb.
“Seanews.az”